Elmar Məmmədyarov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətini tənqid etdi

5 Dekabr 2013 16:04 (UTC+04:00)

ATƏT nazirlər şurasının Kiyevdə keçirilən 20-ci iclasında çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) fəaliyyətini sərt tənqid edib.

Gün.Az xəbər verir ki, nazir ATƏT institutlarının fəaliyyətinin vacib aspektləri olmasına baxmayaraq, DİİHB fəaliyyətinin təəssüf doğurduğunu bildirib:

"Təəssüf ki, yalnız texniki mandatı olan DTİHB kimi ATƏT institutu situasiyanı öyrənmədən, vəziyyətdən xəbərsiz olaraq bütün təşkilat adından, sədrlik və katibliklə məsləhətləşmədən ölkədə seçkilər barədə bəyanatla çıxış edir. Hesab edirik ki, DTİHB fəaliyyətində islahatlar aparılmalıdır".