Ukrayna Azərbaycanlıları diasporu sədrinin maşını yandılıb
5 Dekabr 2013 20:11 (UTC+04:00)
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
sədrinin maşını yandırılıb. Bu barədə məlumatı ANS PRESS-ə Ukrayna
Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özü
verib. Onun sözlərinə görə, ötən gün axşam saatlarında naməlum şəxs
və ya şəxslər avtomobilinə od vurublar. Yanğını vaxtında
söndürməklə partlayışın qarşısını almaq mümkün olub. Yanğın
söndürüldükdən sonra məlum olub ki, avtomobilin üst, ön və arxa
hissəsinə, şüşələrinə benzin tökülüb.
Yanğın Hikmət Cavadova məxsus "Köhnə Bakı"
restoranın avtomobil dayanacağında törədilib. Konqres sədri
hadisənin ancaq tutduğu vəzifə ilə əlaqədar ola biləcəyini
deyib:
H.Cavadov bir il bundan əvvəl uzun sürən mübarizə
nəticəsində diaspor rəhbəri vəzifəsinə seçilib və bu müddət ərzində
təşkilatda çox dəyişikliklər edib. Diaspora rəhbəri şəxsi biznesi
ilə bağlı heç kimlə ədavətinin olmadığını
bildirib.
Qeyd edək ki, Hikmət Cavadov Ukraynanın Milli
Elmlər Akademiyasının "Dövlət və hüquq" institutunun elmi işçisi,
hüquq elmləri namizədidir.
Fakta əsasən Ukrayna DİN-də cinayət işi açılıb,
əməliyyat qrupu yaradılıb.