Taner Yıldız: "Türkiyə həmişə Azərbaycanın yanındadır" (VİDEO)

5 Dekabr 2013 22:15 (UTC+04:00)
"Türkiyə həmişə Azərbaycanın yanındadır və SOCAR ilə ortaq çalışırıq". ANS PRESS-in Türkiyə müxbirinin verdiyi məlumta görə, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız keçirdiyi mətbuta konrsansında söyləyib. Taner Yıldız həmişə Azərbaycanın yanında olacaqlarını və birgə layihələr həyata keçirəcəklərini qeyd edib: "Yaxın vaxtlarda Türkiyə-Azərbaycan arasında yeni layihə həyata keçiriləcək".

Türkiyəli nazir həmçinin Azərbaycanın sürətlə inkişaf etdiyini də vurğulayıb :"Azərbaycan Avropa Birliyinin də dediyi kimi çox sürətli bir inkişaf yolu ilə irəliləyir".