Mövqelərimiz düşmən atəşinə tutulub

6 Dekabr 2013 07:30 (UTC+04:00)

Ermənistan silahlı bölmələri dünən və bu gecə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Ermənistan silahlı bölmələri Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.