Rusiya təyyarəsində qəzalı vəziyyət yaranıb

6 Dekabr 2013 09:05 (UTC+04:00)

Utair" avia şirkətinə məxsus olan təyyarənin havada olarkən sol mühərriki sıradan çıxıb

Rusiyanın Yekaterinburq şəhərində "Utair" avia şirkətinə məxsus olan "Bombardier CRJ – 200" sərnişin təyyarəsi saat 4.20 radələrində qəzalı eniş enib.


Anspress-in "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva-Tümen reysi ilə uçan təyyarə Yekaterinburqun Koltsovo aeroportuna enməyə məcbur olub.


Xatırladaq ki, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla, cəmi 47 sərnişin olub. Sərnişinlər arasında xəsarət alan və təcili yardıma müraciət edən olmayıb. 


Təyyarənin qəzalı eniş etməsinə əsas səbəb kimi sol mühərriki sıradan çıxması göstərilir.