Məşhur model intihar edib

28 May 2012 20:53 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin keçmiş məşhur modeli Gözdə Tan İstanbuldakı evində intihara təşəbbüs edib. Hadisə mayın 10-nu gecə saatlarında baçş verib. Belə ki, mühafizəçilərə zəng edən və Gözdə Tanın oğlan dostu olduğunu söyləyən naməlum şəxs, G.Tanın intihar edəcəyini deyib. O, "Mən xaricdəyəm. Gələ bilmirəm. Bir baxarsınızmı?" söyləyib.

Həmin zəngdən sonra mühafizəçilər qapının zəngini çalıb və qapının açılmadığını görəndə dərhal polisə məlumat veriblər. Polislə birlikdə hadisə yerinə çağırılan çilingir tərəfindən qapı açılanda, şok vəziyyətində olan G.Tan xəstəxanaya aparılıb.

Qeyd edək ki, polis otaqda iki ədəd boş dərman qutusu tapdığı öyrənilib.

Fuad Mədətov

Movqe.Az