İsveç Rusiya siyasətçilərini izləmək üçün ABŞ-a kömək edib

6 Dekabr 2013 11:47 (UTC+04:00)

"Əlbəttə bunu etmək zərurətdən irəli gəlirdi, İsveçi qarşıdan gələn təhlükələrdən qorumağa xidmət edirdi"

"İsveç Rusiya siyasətçilərini izləmək üçün ABŞ-a kömək edib. Əlbəttə bunu etmək zərurətdən irəli gəlirdi". Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsveçin müdafiə naziri Karin Enstrem deyib. 


Onun sözlərinə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Edvard Snoudenin məxvfi sənədlərinin üzə çıxması bir daha sübut edir ki, bu yolla casusluq etmək lazımlı idi və nəticədə İsveçi qarşıdan gələn təhlükələrdən qorumağa xidmət edirdi.