Avropanın şimalında ölümcül qasırğa dalğası hökm sürür - FOTOLAR

6 Dekabr 2013 11:55 (UTC+04:00)

Avropanın şimalında yaranan qasırğa son 10 illiyin ən şiddətli qaasırğası olaraq xarakterizə edilib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Qasırğa 3 insanın ölümünə səbəb olub, nəqliyyatda xaos yaradıb. Bir yük maşını sürücüsünün mühərriki Şotlandiyaboyu uçub, sürücü ingiltərədəki bir ağaca dəyərək həlak olub. Danimarkada bir qadın küləyin atdığı bir yük maşının altında qalaraq can verib. Almaniyada Hamburq hava limanı güclü zərbə nəticəsində darmadağın olub. Xatırladaq ki, burada 1962-ci ildə 300 nəfər güclü daşqınlarda həlak olmuşdu. Cümə axşamı Avropanın şimalında başlayan Xaver qasırğası ucbatından on minlərlə insa evlərini tərk etmək məcburiyyətində qalıb. 228 km/h(142 mph) ilə Şotlandiyaya doğru əsən küləkdə Edinburq yaxınlığında 3 nəfərdən biri yük maşını aşması nəticəsində, digər ikisi ağacın aşması nəticəsində dünyasını dəyişib. İngiltərə ətraf mühiti müdafiə təşkilatı qasırğanın güclü daşqınlara səbəb olacağı təhlükəyə qarşı Londonu müdafiə etmək üçün Temza bəndini bağlayıb.