Sumqayıtdan gələn yolda sürət həddi azaldılıb

6 Dekabr 2013 12:19 (UTC+04:00)

Masazır qəsəbəsinin mərkəzi yolu olan Əliağa Vahid küçəsində sürət həddi azaldılıb. Qəsəbənin girişində və çıxışında sürət həddini 50 km/saat müəyyən edən yol nişanı quraşdırılıb. 


Baş Dövlət Yol Polisi İdarəsindən Day.Az saytına bildiriblər ki, yol nişanları yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı ilə quraşdırılıb. Yolu keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bu addım atılıb. 


Qeyd edək ki, əvvəllər həmin ərazidə sürət həddi 60 km/saat idi. 


Xatırladaq ki, hər gün Sumqayıt şəhərindən və Novxanı bağlarından paytaxt istiqamətində hərəkət edən minlərlə vətəndaş bu yoldan istifadə edir.