Məryəm Üzerli bir il sonra yenidən Hürrəm!

6 Dekabr 2013 13:35 (UTC+04:00)

Çəkilişləri təxminən bir il əvvəl tamamlanan "Möhtəşəm Yüz il" mövzulu sitrus təqdimat reklam filmi altı ölkədə yayımlanmağa başlandı. Baş nazir Rəcəb Tayyib Ərdoğanın reklam filminin çəkildiyi dövrdə seriala yönəltdiyi sərt tənqidlər səbəbindən Rusiyada yayımlanmayan reklam filmi artıq orada da göstərilir. 


Mövqe.az-ın məlumatına görə, reklam qrupunun media planlaşdırma və satın alma fəaliyyətlərini icra edən firma tərəfindən qərar dəyişikliyi olub. Bu səbəbdən də,  film artıq 6 müxtəlif beynəlxalq bazarda yayımlanır.