Prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2012 17:57 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

APA-nın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.