Viktoriya Bekhemin tacı auksiyonda uduzdu - FOTOLAR

6 Dekabr 2013 15:08 (UTC+04:00)

Victoria Bekhemin öz toyunda taxdığı tac auksiyona çıxarılıb, lakin istənilən qiymətə satıla bilməyib. Bu haqda Movqe.Az "The guardian"a istinadən xəbər verir. Beləki Londonda keçirilən auksiyonda tac üslubunun möhtəşəm şah əsəri olan tacın 18.000-25.000 sterlinqə satılması nəzərdə tutulsa da uğursuzlu olub. Tac daha ucuz qiymətə- 14.000 sterlinqə müştəri tapıb. Viktoriyanın möhtəşəm tacı 1999-cu ildə İrlandiyalı cəvahirat dizayneri Slim Barret tərəfindən hazırlanmışdı. Pəri nağılı tacı, Viktoriya və Albert muzeylərində "past and Present" şousunda 100 tac içərisində sərgilənmişdi. Tac 18 karat sarı qızıl, geniş həcimli brliyant kəsimi birliyant qaşlarından ibarətdir. Toydan sonra tac Barret tərəfindən saxlanılmışdı, cümə axşamı isə Londondakı Bonham cəvahirat auksiyonuna çıxarılıb. Bohamadakı auksiyon səlahiyyətlisi Metyu Qrinliq tacın özəl olduğunu, bu qiymətə satılmayacağını deyib.