“Bakıelektrikşəbəkə” işığın qiymətinin qalxması ilə bağlı xəbərlərə aydınlıq gətirdi

6 Dekabr 2013 14:32 (UTC+04:00)

Tanrıverdi Mustafayev: "Qanuni şəkildə bizə heç bir rəsmi məlumat daxil olmayıb"

"Bakıelektrikşəbəkə"-dən işğın qiymətinin artması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirilib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Ans press-ə açıqlamasında, onlarda işığın qiymətinin artması ilə bağlı heç bir rəsmi məlumatın olmadığını söylədi: "Bizdə qiymət artımı yoxdur. Qanuni şəkildə bizə heç bir rəsmi məlumat daxil olmayıb".


Qeyd edək ki, mətbuatda, Tarif Şurasının qərarına əsasən, "Azərenerji"yə satılacaq təbii qazın qiymətinin 2 dəfə bahalaşması ilə bağlı məlumatlar dərc edilib.