Zəlzələ baş verib

29 May 2012 11:55 (UTC+04:00)

Movqe.Az  xəbər  verir  ki, Tacikistanın  şərqində  4  bal  gücündə  zəlzələ baş verib. Tacikistan  Fövqaladə  Hallar  və Vətəndaş  Müdafiə  Komitəsindən  verilən məlumata  görə,  paytaxt  Düşənbədən 135  kilometr  məsafədə  yerləşən  Tavildar mahalında  baş  verən  zəlzələdə  itki  olmayıb. 

Ölkənin  şərqində  15  gün  içində  artıq  iki  dəfə  zəlzələ baş  verib.  May ayının 13-ü Tavildar  mahalında  6  bal  gücündə  meydana  gələn  zəlzələ ölkəyə  böyük  ziyan vurub.  Zəlzələ nəticəsində 150 evə tamamilə  ziyan  dəyib. 

Dövlət  Başçısı  İmaməli  Rəhman  Tavildar  mahalını  ziyarət  edərək,  zəlzələnin meydana  gətirdiyi  ziyanın  aradan  qaldırılması  üçün  tədbirlər  irəli  sürüb.