Tiqran Sarkisyan Ermənistanın dövlət vəsaitini amansızcasına talayır
6 Dekabr 2013 17:25 (UTC+04:00)
Ermənistanın baş naziri deyəsən böyük addımlarla
"irəli getməyi" sevir. ANS PRESS-in məlumatına görə, İrəvanın
"Joxovurd" qazetində gedən materialı oxuduqdan sonra bu nəticəyə
gəlmək olar. Mətbuatda yazılanlara görə, Tiqran Sarkisyan,
respublikanın nazirlər kabinetinin rəhbəri kimi xarici səfərlərə
adi insanlarla təyin olunmuş uçuşu özündən çox aşağı səviyyədə
olduğunu düşünür və qəbul etmir. Ancaq özünə görə təyyarə icarəyə
götürür, bu da bildiyimiz kimi külli miqdarda vəsaitə başa
gəlir.
Beləliklə, Ermənistanın büdcəsinə təkcə baş nazir
ziyan vurmur. Noyabr ayının sonunda elə həmin qazet məlumat verib
ki, Cənubi Qafqaz respublikasının səhiyyə naziri özünə küllü
miqdarda vəsait toplayır. Artıq məlumdur ki, digər nazirlər də,
bunlardan kənar qalmayaraq "büdcə" adı altında nələr edirlər. Ən
əsası da ötən günlərdə Rusiya prezidentinin Ermənistana səfərindən
sonra bir çox razılıqlar imzalanıb, borclar silinib, eləcə də əlavə
vəsaitə imza atılıb. Hər halda Ermənistan Gömrük Birliyinə havayı
razı olmayıb. Artıq məlum olub ki, Ermənistanın suvarma
sistemlərinin müasirləşdirilməsi üçün, Rusiya 40 milyon dollar
ayırıb.
Belə ki, yuxarıdakıların dolanmağa imkanları var
amma, aşağı təbəqənin insanları hələ də ölkələrini söyərək, qarğış
edərək dilənməyə davam edirlər.
Qeyd edək ki, Ermənistanın ifrat yoxsulluğu 54
dollara düşüb. Bununla yanaşı, rəsmi statistikaya görə, ölkədə
işsizlik səviyyəsi, 2013-ci ilin ikinci rübündə təxminən
20%-dir.