Cüdoçumuz Avropa çempionu oldu

6 Dekabr 2013 18:31 (UTC+04:00)

Macarıstanda paralimpiyaçıların Avropa çempionatı davam edir

 

Milli.Az yerli KİV-lərə istinadən xəbər verir ki, məşhur cüdoçumuz İlham Zəkiyev 100 kiloqram çəkidə Avropa çempionu oldu. 

Bundan əlavə Səbinə Abdullayeva (57 kq) gümüş medal qazanıb.

 

Xatırladaq ki, dünən idmançılarımız 3 medal qazanıblar. Ramil Həsənov iləBayram Mustafayev qitə çempionu olublar, Elçin Talıbov isə bürünc medal qazanıb.