Azərbaycanda əcaib səs çıxaran siqnalara görə şok cərimə
7 Dekabr 2013 09:30 (UTC+04:00)
Əcaib səs çıxaran siqnallar və ya qadağan edilən xüsusi işıqlardan
istifadə edən sürücülərə qarşı sərt cəzalar tədbir ediləcək. Belə
ki, artıq həmin insanlar əvvəlkindən 10 dəfə artıq - təxminən 800
manata yaxın cərimə ödəməli olacaqlar. Milli Məclis
tərəfindən nəqliyyat vasitələrini qadağan edilmiş müxtəlif səs
siqnalları və xüsusi işiqlarla idarə edən sürücülərin
cəzalandırılmasının sərtləşdirilməsi təklifi nəhayət ki, qüvvəyə
mindi. Millət vəkili,Çingiz Qənizadənin sözlərinə görə, əvvəllər bu
cərimələr 80 manatdan 100 manata qədər idi. Lakin bu cərimələr də
sürücülərə təsir etmədiyi üçün onlar artırılıb.
Cərimələrin artırılmasını müsbət hal kimi qiymətləndirən sakinlər
qulaq batıran siqnallardan cana gəldiklərini bildirdilər. Ümid edək
ki, cərimələrin artırılmasından sonra kimlərsə bu cür siqnallardan
bir daha istifadə etməyəcəklər.