Sulu qar və qar yağacaq

8 Dekabr 2013 00:01 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısından arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturu gecə 2-4, günün ikinci yarısında 12-15, axşama doğru isə 4-6 dərəcə isti olacaq.