Nisə Qasımova: " Şou-biznesdə nə əjdaha, nə ilan, nə də ki, qurbağa tanıyıram"

9 Dekabr 2013 10:41 (UTC+04:00)
Xalq artisti Nisə Qasımova şou-biznesdə olan titullu müğənnilərə söz atıb. Mövqe.az-ın məlumatına görə, müğənni açıqlamasında bildirib: " Mən şou-biznesdə nə əjdaha, nə ilan, nə də ki, qurbağa tanıyıram. Mən yalnız dövlətimizin verdiyi əməkdar artist və xalq artisti adlarını tanıyıb, bilirəm".


Titullu müğənnilərə kinayə ilə yanaşan, rişxənd edən sənətkar əsassız ad qoymaları lazımsız hesab edib: " Qaldıq əl ayaq altda... İndi mən özümə nə ad qoyum?! Mən necə çıxıb özümə ad qoyum, deyim məni belə çağırın? Olmaz! Axı kimə bu lazımdır və ya maraqlıdır?".