Aygün Natəvanla olan müharibəyə son qoydu:"Bu cür çirkin piyara ehtiyacım yoxdu!"

9 Dekabr 2013 10:19 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova Azərbaycan milli estradası üçün eatlon hesab olunur. Onun hər bir sözü ictimaiyyət, xüsusuilə də fanatları üçün maraq kəsb edir. Xəbər mahiyyətinə görə, onu sevənlərin əhval-ruhiyyəsində müəyyən bir rol oynayır. Mövqe.az-ın məlumatına görə, bu səbəbdən, xalq artisti barəsində dolaşan neqativ fikirlərə nöqtə qoyan açıqlama verib:

" Sevimli tamaşaçıma, fanlarıma, canlarıma söyləmək istədiklərim var. Bilirəm, hiss edirəm ki, hər dəfə xoşa gəlməz söhbət eşidiləndə, sizlərə çox pis təsir edir... Və hər dəfə də buna üzülürsünüz, qırılırsınız. Dilxor olursuz. Elə mən də sizinlə bərabər eyni hissləri yaşayıram. Stress keçirirəm və bu da, çalışmağıma öz təsirini göstərir. Heç sevmirəm bu halımı! İnanın, lider olmaq doğrudan da çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram, inanın... Üzülürəm canlarım mənim, siz mənim hər şeyim deməksiniz! Sizlərə söz verirəm! Bir də heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəm. Kimlərincə hiylələrinin qurbanı olmayacam. Üzülməyin... Burdan bütün KİV nümayəndələrinə müraciət edirəm! Kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər məni! Birtərəfli müsahibələr alıb, adımı münasibətdə olmadığım insanlarla qalmaqallara salmasınlar. Həm mən, həm də məni sevənlər bundan çox üzülür.

Hörmətli media nümayəndələri! Sizdən ricam budur ki, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piyarına son qoyasınız, mənim adımı hallandırmayasınız! Bu cür çirkin piyara ehtiyacım yoxdu! Arzu etmirəm və heç vaxt da etməmişəm. Hörmətlə: Xalq artisti, Sizin Aygün Kazımova".