Natəvandan Aygünə cavab:"Əgər mənim Karpetyan ya da Akopyan olduğumu sübüt eləməsə..."

9 Dekabr 2013 10:52 (UTC+04:00)
Son zamanlar aralarında ciddi mübahisə yaranan Aygün və Natavanyenidən gündəmə gəlib. 


Movqe.az  xəbər verir ki, Natavan show.az-a açıqlamasında deyib: "Bu gün olanlara münasibətimi Aygün kimi gizli öz İnstagram profilimdə yox, elə insanların gözü önündə bildirmək istəyirəm. Aygün illərdir mənə atılan böhtanların arxasında durmasa, öz adını özü qoysun. Əgər mənim Karpetyan ya da Akopyan olduğumu sübüt eləməsə, mən onun kimliyini sübut edərəm, məmnuniyyətlə.

Çox susdum, yazığım gəlirdi, çünki fikirləşirdim ki, onun öz dərdləri ona bəsdi, ən azından anadır, ən azından. Və bir daha deyirəm, illərdir dediyin sözlərin məsuliyyətini dərk etmədinsə, sənə söz verirəm sən bu sözlərin nə qədər ciddi ittiham olduğunu başa düşəcəksən".