Prezident parlamenti geri çağıracaq - FOTOLAR

9 Dekabr 2013 11:48 (UTC+04:00)

Xarici İşlər Naziri Yinqluk Şinavatra paytaxt Bankokda baş verən etirazlardan sonra parlamenti geri çağıracağını və yeni seçkilər keçirəcəyini bildirib. Movqe.Az BBC-yə istinadən xəbər verir. Bazar günü baş verən hərəkatda parlamentdəki bütün müxalifət millət vəkillərinin istehfası istənilib, bazar ertəsi günü isə Hökümət evinə yürüş planlaşdırılıb. Yinqluk 2011-ci ildə qələbə qazanmışdı. Etirazçılar hökümətin keçmiş lider Thaksin Şinavatra tərəfindən idarə olunduğunu iddia edib və nümayişlərini davam etdirəcəklərinə söz veriblər. Xanıım Yinqluk milli televiziya vasitəsilə  xalqa səslənib. "Hökümət daha çox can itkisi olmasını istəmir. Hazırki mərhələdə, hökümətə qarşı bu qədər insan qarşıdırsa,  ən yaxşı çıxış yolu qüvvələri geri çəkmək və yeni seçkilər keçirməkdir. Buna da Tayland xalqı özü qərar verəcək." Xanım Yinqluk dəqiq tarix verməsə də, ümumi seçkilərin keçiriləcəyini bildirib. Xatırladaq ki, 2011-ci ilin iyul seçkilərində Xanım Yinqlukun Pheu Tayland Partiyası əksəriyyətin səsini qazanaraq 265 yerlə Demokrat Partiyasının 159 yerini geridə qoyub.