"Bu şəhərdə"nin konsertlərinə biletlərin qiyməti məlum oldu-ÖZƏL

9 Dekabr 2013 12:26 (UTC+04:00)
"Bu şəhərdə"  növbəti solo konsertini təqdim edəcək.  Rafael İsgəndərov və Coşqun Rəhimovun növbəti tamaşasının vaxtı  artıq dəqiqləşib. Belə ki,  "Qızıl-gül" adlanan konsert proqramı martın 5-11 arası Respublika Sarayında keçiriləcək. Bu barədə Mövqe.az-a "Bu şəhərdə"nin əməkdaşı Ramil Nuriyev məlumat verib: " Hələlik 7 günlük konsert proqramı nəzərdə tutmuşuq. Amma çox güman ki, artırılacaq. Konsert çox maraqlı olacaq. Fərqli parodiyalar təqdim edəcəklər. Biletlərin qiyməti isə 10 AZN-dən 100 AZN-ə kimi dəyişir. Hamını "Bu şəhərdənin" fərqli, özəl konsertinə dəvət edirik".