Yeni il ərəfərsi reydlərə başlanılacaq
9 Dekabr 2013 13:06 (UTC+04:00)
Kənd Təssərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti (DBX)Yeni
il ərəfəsi ev quşlarının açıq satışının qarşısını almaq məqsədilə
reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a DBX-nin mətbuat
xidmətinin rəhbəri Yolçu Xanvəli verib. Y. Xanvəli bildirib ki, il
ərzində bu cür nəzarət tədbirləri aparılsa da, Yeni ilin gəlişi ilə
əlaqədar reydlər təşkil olunacaq: "Yeni il öncəsi paytaxta
rayonlardan da diri şəkildə ev quşları gətirilərək satılır. Bəzən
yol kənarında baytarlıq sanitariya qaydalarına əməl olunmadan diri
quşların satışı təşkil olunur. Belə hallara qarşı mübarizə aparmaq
üçün Yeni il ərəfəsi reydlər təşkil olunacaq".
Qeyd edək ki, diri ev quşlarının açıq şəkildə satışı 2006-cı
ildən etibarən "Quş qripi"nə qarşı mübarizə tədbirləri çərçivəsində
qadağan edilib.