Okeanın altında su yataqları var?

9 Dekabr 2013 16:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avstraliyalı elm adamlarının etdiyi bir araşdırma , okeanların altında nəhəng ölçülərdə şirin su ehtiyatları olduğunu iddia edib. Avstraliyadakı Milli Yeraltı Suları Araşdırma və Təhsil Mərkəzindən ( NCGRT ) elm adamlarının etdiyi araşdırma , yeni tapılan ehtiyatların ehtiva etdiyi duz nisbətinin daha az olduğunu təyin edib. Nature jurnalında nümayiş olunan araşdırmanın yazı heyətinə başçılıq edən Flinders Universitetindən Dr. Vincent Post , bu miqdarın 1900 -ci ildən başlayaraq dünyadakı yeraltı qaynaqlardan əldə edilən su miqdarından 100 qat çox olduğunu söyləyib. Araşdırma, Avstraliya , Çin , Şimali Amerika və Cənubi Afrika sahilləri daxil olan dəniz yataqlarının altındakı su miqdarının , bəzi bölgələrin onlarla illik su ehtiyacını qarşılaya biləcəyini qeyd edib.