Sergey Lavrov Tehrana səfər edəcək

10 Dekabr 2013 10:20 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün axşam saatlarında İrana səfər edəcək. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

 

Lavrov rəsmi görüşlərini dekabrın 11-də həyata keçirəcək. Görüşlərdə İranla "altılıq" ölkələri arasındakı nüvə razılaşması, Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın əsas müzakirə mövzusü olacağı bildirilir