Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb

10 Dekabr 2013 10:55 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, dekabrın 9-u saat 14:00 radələrində Sabunçu rayonu Y.Əliyev küçəsində Bakı şəhər sakini Şahlar Ağayev idarə etdiyi "İsuzu" markalı avtobusla Mikayıl Məhərrəmovu vurub.

M.Məhərrəmov xəstəxanaya daxil olub və orada ölüb.