Əfqanıstanda 4 uşaq minanın qurbanı olub

10 Dekabr 2013 11:03 (UTC+04:00)

Partlayış nəticəsində uşaqların 3-ü ölüb, biri isə ağır yaralanıb

Əfqanıstanın şimalında yerləşən kəndlərin birində dağlıq ərazidə qoyun və keçi otaran uşaqlar minaya düşüb. Movqe.az-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində uşaqların 3-ü ölüb, biri isə ağır yaralanıb. 


Bu informasiyanı Sinxua agentliyi Sarıpul əyalət xəstəxanasının həkiminə istinadən yayıb.