Tayland etirazçıları: “Baş Nazir Yinqluk istefa çağırışlarını rədd etdi” - FOTOLAR

10 Dekabr 2013 11:23 (UTC+04:00)

Baş Nazir Yinqluk Şinavatra fevralda keçiriləcək seçkilərdən əvvəl etirazçıların istefha tələbini qəbul etməyib. Etirazçılar Yinqluk Şinavatranın istefhasını və "xalqın Xarici işlər naziri"nin seçilməsini tələb edib. Xanım Yinqluk 2011-ci ildə eks-lider Thaksin Şinavatra üzərində qələbə çalaraq hakimiyyətə gəlmişdi. Tayland isə böyük siyasi problemlərlə 2010-cu ildə üzləşmişdi. Xanım Yinqluk çərşənbə axşamı verdiyi şərhində etirazçıların nümayişi dayandırmasını və yeni seçkilərlə növbəti höküməti təyin etməsini söyləyib. "Mən konstitusiyaya uyğun olaraq öhdəliklərimi yerinə yetirməliyəm. Mənə qarşı ədaəltli olun" deyə sözlərinə əlavə edib. Seçkilərin fevralın 2-də keçirilməsi planlaşdırılır.