Rusiyanın xarici işlər nazirliyi: “Rusiya hələ də, Avroviziya – 2012-nin təsiri altındadır”

29 May 2012 16:00 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada 28 mayla bağlı təntənəli mərasim keçirilib. APA-nın məlumatına əsasən, Rusiyada Azərbaycan səfirliyinin təşkilatçığı ilə paytaxtın "Avropa" sarayında mərasim keçirilib.

Mərasimdə 1000 nəfərdən çox insan iştirak edib. 40-a yaxın isə akkreditə olunmuş xarici ölkələrin səfirləri iştirak edib. Qeyd edək ki, bu mərasimdə Rusiyalı deputatlar, universitet rektorları və Rusiya ictimai nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sözləri ilə açılıb. O, bu mərasimə gələn hər bir kəsi salamlayıb və minnətdarlığını bildirib. Daha sonra isə, Azərbaycanın tarixindən danışaraq, qeyd edib ki, Azərbaycan Demokratik Respublikası Şərqdə ilk müstəqil dövlət olub.

Polad Bülbüloğlu Bakıda keçirilən "Avroviziya" musiqi yarışması haqda da məlumat verib. Rusiyanın prezidenti Vladimir Putinin 28 may tarixi ilə bağlı İlham Əliyevi təbrik etdiyini qeyd edən Polad Bülbüloğlu Azərbaycan – Rusiya münasibətlərinin yüksək dərəcədə olduğunu bildirib.

Daha sonra isə Rusiyanın xarici işlər nazirliyi Qriqoriy Karasin azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edib. "Bu gün Rusiya hələ də, Azərbaycanda keçirilən "Avroviziya-2012" yarışmasının təsiri altındadır. Azərbaycan bütün dünyaya öz bacarığını göstərdi. Biz qardaş ölkə Azərbaycanın uğurlarına çox sevinirik", - Q.Karasin deyib.

Q.Karasin Azərbaycan və Rusiyanı neçə əsirlərdir ki, dostluq əlaqələri bağladığını qeyd edib.

Türkan Nadirqızı

Movqe.Az