Bakı bulvarında ən böyük şam ağacı harada quraşdırılacaq?

10 Dekabr 2013 12:45 (UTC+04:00)
Bakı bulvarında 15 yeni şam agacı quraşdırılacaq. Ən böyük şam agacı isə "Şeytan çarxı" yelləncəyinin (attraksionun) yanında qurulacaq. Beləliklə də, Yeni il qabagı Dəniz kənarı parkda yeni "Şeytan çarxı" hərəkət etməyə başlayacaq. Mövqe.az-ın məlumatına görə, bu attraksion dovriyyəyə 25 dekabr tarixində buraxılacaq. "ANS" tele-kanalında verilən məlumata görə, bu attraksionun yanında Bulvarın ən hündür şam agacı quraşdırılacaq. Şəhərdə yeni il hazırlıqları davam edir.