Rəqsanə yeni ili Moskvada qeyd edəcək

10 Dekabr 2013 13:30 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova sabah Bakıya gəlməyi planlaşdırmışdı. Türkiyədə işləri uznan sənətçi səfərini gələn həftəyə təxirə salıb. Mövqe.az-a bu barədə danışan Rəqsanə bildirib: 


"Bu gün Bakıya qayıtmalı idim. Amma bu müddətdə Moskvaya gedib, yenidən Türkiyəyə qayıdacam. Gələn həftə nəhayət Bakıdayam. Yeni ilə kimi mətbuat nümayəndləri ilə görüşməliyəm. Ötən açıqlamamda 5 müğənniyə öz mahnılarımı təqdim edəcəyimdən danışmışdım. Həmin proses mətbuat nümayəndələrinin iştirakı ilə olacaq. Yeni ili isə Moskvada olacam". – deyən Rəqsanə xanım paytaxtdakı şou-proqramlara qatılmayacağını söylədi. Amma Moskvada səhnəyə cıxacaq:


"Moskvada 3 məkandan dəvət almışam. Yeni il gecəsi 3 məkanda çıxışım olacaq. Həm də ailə üzvlərimlə birlikdə olacıq. Bu səbəbdən Bakıdakı proqramlara qatılmayacam".