"WhatsApp ödənişli olacaq" mesajı yalandır!?

10 Dekabr 2013 15:00 (UTC+04:00)

"WhatsApp ödənişli olacaq. Bu mesajı 10 nəfərə göndərsəniz ondan pulsuz istifadə edəcəksiniz" kimi ismarıcların fotoşəkilləri ələ keçirmək üçün göndərilən bir virus olduğu aydın olub. Məşhur mesajlaşma xidməti Whats - Appdan gələn smarıcların sirri tapılıb. İstifadəçilərə bir müddət "WhatsApp ödənişli olacaq. 10 nəfərə bu mesajı göndərsəniz Logonuz mavi olacaq və pulsuz istifadə etməyə davam edəcəksiniz" , "WhatsApp 10-cu ilini qeyd edir. Bu mesajı yoldaşlarınıza çatdıesanız 5 il pulsuz istifadə edəcəksiniz" tipli mesajlar gəlirdi. Bu mesajların təhlükəsizlik mənsublarına da gəlməsiylə Kəşfiyyat Dairə Rəhbərliyi, mesajlarla əlaqədar araşdırma başladıb. Mesajlara inanaraq digər istifadəçilərə göndərən şəxslərin telefon yaddaşı və cihazlarındakı fotoşəkillərinin kopyalandığı təsbit edilib. Kəşfiyyat qrupları , virusu yayan bir nəfərin kompüterinin IP ünvanını tapıb. ittihamları rədd edən şəxsin viruslu mesajlarla ələ keçirilən telefon nömrələri və fotoşəkillərlə nə etmək istəndiyi isə hələlik bilinmir.