Nadir Qafarzadə:"Heç kimin ərini əlindən almıram"
10 Dekabr 2013 14:36 (UTC+04:00)
Müğənni Nadir Qafarzadə cavan qalmasının sirrini
açıb.
Sənətçi Axşam.az saytına
deyib ki, hər zaman arı südündən istifadə
edir:
"Üzümü heç vaxt soyuq su ilə yumuram. Baldan çox
istifadə edirəm. Arı südü ilə balı qatıb, üzümə maska vururam.
Təraşdan sonra üzümə bahalı, keyfiyyətli kremlər çəkirəm. Baxım
üçün hər zaman qiymətli məhsullar alıram. Ən əsası isə ürəyim
təmizdir. Heç kimə paxıllıq etmirəm, ailə dağıtmıram, kiminin
ərini, kiminin arvadını əlindən almıram. İnsanlara yaxşılıq edirəm.
Bu gözəl əməllərim üzümə vurur, məni cavan və yaraşıqlı
saxlayır".