Berlini ayağa qaldıran hadisə

29 May 2012 16:29 (UTC+04:00)

Movqe.Az CNN-nə istinadən bildirir ki, Berlindəki metroda Polşa vətəndaşı bir qadın dünən səhərə yaxın bir adamın yumruqlu hücumuna məruz qalaraq yaralanıb.

Berlin polisi tərəfindən çəkilən və televiziya kanallarına paylanılan görüntüləri dünən qeyd edilib. 

Videoda, metroda gedən 35 yaşlı polşalı qadının şəxsiyyəti hələ məlum edilə bilməyən bir adamın yumruqlu hücumuna məruz qaldığı görünür. 

Hadisə yerinə gələn bir adam təcavüzkara müdaxilə etməyə çalışır, ancaq bunu bacarmır. Polşalı qadına dəfələrlə vuran təcavüzkar, axırda qadının əşyalarını da götürüb qaçır.

Berlin polisi görüntülərdəki bu adamı görən və ya tanıyanların ən yaxın təhlükəsizlik yerlərinə xəbər verməsini istəyib. 

Berlində metro stansiyalarında əvvəllər də buna oxşar hadisələr baş verdiyi bildirirlərkən, yoxlamaların davam etdirildiyi də söylənilib.