Aygün Kazımova və İlhamə Quliyeva barışdı-Eksklüziv

10 Dekabr 2013 16:04 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova və müğənni Natəvan Həbibi qalmaqalı daha da qızışıb. Bu gün "Şərəf" və "Şöhrət" ordenli , xalq artisti İlhamə Quliyeva Aygün Kazımovanın müdafiəsinə qalxıb. Onun adından istifadə edən Natəvan Həbibiyə sərt cavab verən İlhamə Quliyevanın bu reaksiyasına Tolikin də müdaxiləsi olduğu şübhə doğurur. Belə ki, Aygün Kazımova ilə sıx dostluq əlaqəsi olduğu və eyni zamanda İlhamə Quliyevanın komandasında yer alan Tolik fikirlərini Mövqe.az-la bölüşüb:


" Mən Aygün Kazımovanın dostuyam. Elə 2 dəqiqə olar ki, onunla telefonda danışmışam. Onla işləməsəm də, biz dostuq. Bugün ola bilər ki, hər hansı bir müğənni bir-birindən incəsin, küssün. Amma bu o demək deyil ki, çıxıb efirdə bir-birini şantaj etmək olar. Çıxıb deyir ki, mən sənin videonu belə yayaram, mən sənin fotonu belə paylaşaram. Bu axı nə biabırçılıqdır ? Bunun qarşısını almaq üçün polis var. Şikayət etmək istəyirsən buyur ver məhkəməyə... Bu ölkənin qanunu var, bu ölkənin yiyəsi var!  Bu ölkədə heç bir xalq artisti "lotuluq" edə bilməz. Natəvan çıxıb deyir ki, Aygün haqqında elə şeylər bilirəm ki... Nə bilirsən ? Məgər Aygün xalq düşmənidir, ermənidir nə bilirsən axı ? 


Tolik İlhamə Quliyevanın Aygün Kazımovaya bugünkü dəstəyindən də danışıb: " İlhamə Quliyeva  Aygünə dəstək olmaqla düz addım atdı. Xalq artisti xalq artistinə dəstək çıxdı. Çünki İlhamə xanımın verdiyi adlar heç bir hüquqi əsas daşımır. Ancaq Aygün Kazımovaya verilən xalq artisti adı möhtərəm Prezidentimizin imzası ilə verilib. Bu ada hər bir kəs hörmət etməyi bacarmalıdır. Şantaj edib, Aygün Kazımovaya nə edəcəklər? Kimisə güvənib belə etmək olmaz. İlhamə xanım heç kimin dalında durmayıb. Bunu mən İlhamə xanımın yanında işləyən bir insan kimi deyirəm. Bəsdir İlhamə Quliyevanın adından istifadə edib, ortada onu oyuncaq etdilər.  Aygün Kazımova İlhamə Quliyevadan incəyə bilməz. Çünki Aygün Kazımovadan İlhamə Quliyeva yaşda da, sənətdə də böyükdür. İkincisi də ki, barışarlar niyə də barışmasınlar. İstəməyən kor olsun. Bəlkə bu gün barışıblar, siz bilmirsiniz? Ola bilər Aygün Kazımova və İlhamə Quliyeva artıq barışıb. Nə vaxtsa mən də Aygündən küsmüşdüm. İndi necəyik ? Hər şey ola bilər. Həyatdır.


Bəs sizin İlhamə Quliyeva ilə barışığınızın "Aygün-İlhamə" barışığında, İlhamə Quliyevanın Aygün Kazımovanı müdafiə etməsində  nə kimi rolu var sualına isə Tolik belə cavab verib: "Baxın da özünüz qərar verin. Mən bu haqda heç nə deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, mən güclü rəqibəm və çox ağıllıyam".

Qeyd edək ki, Tarix Əliyev (Tolik) İlhamə Quliyeva ilə barışdıqdan sonra İlhamə Quliyeva Aygün Kazımovanın tərəfini saxlayıb, ona hörmət olunmasını tələb edib. Hətta "Prinssesa" adlandırdığı qızı Natəvan Həbibiyə sən sus, Aygünə hörmət et deyə məsləhət verib.