"Qalatasaray"-"Yuventus" oyunu təxirə salınıb

11 Dekabr 2013 10:25 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İstanbulda "Qalatasaray" və "Yuventus" arasında qarşılaşma yarımçıq dayanıb.Mövqe.az-ın məlumatına görə, oyun başlayandan sonra İstanbulda güclü qar yağmağa başlayıb və meydançanı qar örtüb. Hakim meydançadakı xətlərin görünməydiyini əsas gətirərək, oyunu yarımçıq dayandırıb. Bu, qarşılaşmanın 33-cü dəqiqəsində baş verib. Hakim 20 dəqiqəlik fasilə elan edib. Bu vaxt ərzində meydança təmizlənsə də hava şəraiti oyunu davam etdirməyə imkan verməyib.Matçın yeni tarixi dekabrın 11-də açıqlanacaq.