Artur Rasizadə Milli Atlasın redaksiya heyətinin sədri oldu

11 Dekabr 2013 10:31 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin yeni tərkibi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Movqe.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilib:


Redaksiya heyətinin sədri


Artur Rasi-zadə — Azərbaycan Respublikasının Baş naziri.



Redaksiya heyəti sədrinin müavini 


Akif Əli Zadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti


Məsul katib 


Qərib Məmmədov — AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.


Redaksiya heyətinin üzvləri:


Elmar Məmmədyarov — xarici işlər naziri

Şahin Mustafayev — iqtisadiyyat və sənaye naziri

Natiq Əliyev — energetika naziri

Ziya Məmmədov — nəqliyyat naziri

Heydər Əsədov — kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov — ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev — mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov — təhsil naziri

Oqtay Şirəliyev — səhiyyə naziri

Əli Abbasov — rabitə və informasiya texnologiyaları naziri

Azad Rəhimov — gənclər və idman naziri

Arif Vəliyev — Dövlət Statistika Komitəsinin sədri

Xoşbəxt Yusifzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan

Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Kamal Abdullayev — AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru

Əhliman Əmiraslanov — AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru

Abel Məhərrəmov — AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru

Ziyad Səmədzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Yaqub Mahmudov — AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix

İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri


Məhərrəm Babayev — AMEA-nın müxbir üzvü, AMEA-nın

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.


2. "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 318) 2-ci hissəsi ləğv edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 dekabr 2013-cü il.