Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

11 Dekabr 2013 10:34 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mövqe.az-a verilən məlumata görə,təmir işləri ilə əlaqədar 11 dekabr 2013-cü il tarixində saat 10:00-dan 12:00-dək Yevlax və Qəbələ rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Xaçmaz şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Pirallahı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Goranboy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Balakən rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.