Avtomobilin qiymətli nömrəsi

29 May 2012 16:59 (UTC+04:00)

Movqe.Az bildirir ki, Malayziyada  "WWW1" nömrəsi 165 min 600 dollara satılıb.

Verilən məlumata görə, "WWW" nömrəsi üçün 18 min adam müraciət edib, ancaq xüsusi nömrəni avtomobil həvəskarı olan Cohor Sultanı İbrahim İsmayılın aldığı açıqlanıb.

Rəsmilər, internet xidməti "World Wide Web" sözlərinin qısaltması olan  'WWW' nömrələrinin çatdırılma dairəsinə 3.6 milyon dollar qazanc gətirəcəyini ümid edirlər.