"Narkotiklərə nifrət edirəm. Həmişə belə şeylərə nifrət etmişəm. Amma elə adamı sevdim ki, onun keçmişi narkotiklə bağlı idi. Onu qəlbinin təmizliyinə görə sevdim və belə vərdişləri tərgitməsi üçün əlimdən gələni etdim. Hər tərəfli çalışdım. O insan bir-iki il bu vərdişdən uzaqlaşdı. İndi məşğul olub-olmadığını bilmirəm. Amma eşitmişəm ki, məşğul deyil. Artıq görüşmürük. Maraqlanmıramm. Bunun səbəblərini açıqlamaq istəmirəm. Əsas odur ki, indi mən yaxşıyam və mənim üçün hər şey yaxşıdır".