İlin ən məşhur “selfie”si

11 Dekabr 2013 14:08 (UTC+04:00)

Movqe.Az CNN-ə istinadən xəbər verir ki, Hətta məşhurlar da "Selfie"yə müraciət edirlər. Bu rəsimdə Barak Obama və İngiltərə xarici İşlər Naziri öz şəkillərini çəkərkən görülür. Çərşənbə axşamı Nelson Mandelanın anım mərasimində çəkilən fotoda Danimarka Xarici işlər naziri Helle Thorninq Şmidt də görülür. Birinci Xanım Mişel Obama isə onlara qoşulmur. 

Xatırladaq ki, İngiltərənin məşhur universitetlərindən Oxford, "şəxsin mobil telefonu ilə çəkdiyi öz fotoşəkli" mənasını verən "selfie" sözünü 2013-ci ilin sözü elan edib. Oxford Universiteti Nəşriyyatı, fotoşəkil paylaşma saytı Instagram və sosial paylaşma saytı Twitter üzvlərinin sayındakı artıma əsaslanaraq "selfie" sözünün istifadəsində böyük bir partlayış olduğunu açıqlayıb. Oxford Lüğətləri Direktoru Judy Pearsall, ilk dəfə 2002-ci ildə Avstraliyada təşkil edilən onlayn forum əsnasında istifadə edilən selfie

sözünün, iki il sonra fotoşəkil paylaşma saytı Flickr ilə yayılmağa başladığını söyləyib.