Gəncədə Gürcüstanın konsulluğu açılacaq

11 Dekabr 2013 14:43 (UTC+04:00)

Gürcüstanın Gəncədə və Almaniyanın Frankfurt şəhərlərində konsulluqları açılacaq.Trend-in Gürcüstan XİN-ə istinadən verdiyi məlumata görə, bu şəhərlərdə konsulluqların açılmasına dair qərar artıq qəbul edilib, yalnız müəyyən prosedurların aparılması qalıb.

Gürcüstanın Gəncədəki konsulu Mamuka Blavadze olacaq.

Frankfurta gəldikdə isə, Gürcüstan XİN Almaniya tərəfdən müvafiq sənədlər gözləyir, bundan sonra konsul təyin olunacaq.

Gəncədə və Frankfurtda Gürcüstanın konsulluqları yaxın gələcəkdə açılacaq.