"Heç vaxt rəqqasə Fatimə ilə işləmərəm"

11 Dekabr 2013 14:52 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, rəqqasə Fatimə Fətəliyeva prodüsser Tarix Əliyevin şəninə təriflər yağdırıb. Rəqqasə "Onlar" verlişinə açıqlamasında bildirib: " Mən Toliki korifey prodüsser adlandırıram. Çünki o nə iş görür uğurlu alınır. Tolik sənə titul verdim "korifey prodüsser" ... Bundan sonra şou-biznes əhli titul məsələsində mənə müraciət etməli olacaqlar".


Qalmaqallı prodüsser Tolik isə Fatimənin sözlərindən xoşhal olsa da, ancaq Fatimə ilə heç vaxt birgə işləməyəcəyini bizə açıqladı:  "Fatimə mənə korifey prodüser deyib, çox sağ olsun. Amma mən heç vaxt onunla işləmərəm. Toya gedəcək, oynayanda kimsə ona baxacaq. Mən də əsəbiləşib, dava edəcəyəm, aləm qarışacaq. Aş zad da dağılar üstümə...".