İrina Şeyk yiyəsiz itləri bağrına basdı

11 Dekabr 2013 15:32 (UTC+04:00)

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun sevgilisi, tatar supermodel İrina Şeyk Nyu-Yorkdakı ASPCA heyvan sığınacağına baş çəkib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı İrina orada Beybit adlı köpəyi bağrına basaraq fotolar çəkdirib.

Daha sonra o, Kaliforniyadakı Venis çimərliyinə yollanaraq orada "Sacoor Brothers" brendinin yeni kolleksiyasının reklam fotosessiyasına çəkilib.


Sessiyada onun tərəf-müqabili 47 yaşlı Petrik Dempsi olub.