Bütün dünya bu xəbərdən danışır

11 Dekabr 2013 15:52 (UTC+04:00)

Xahiş edirik ürəyi zəif olanlar fotoşəkillərə baxmasınlar.

Çində başqa mağazada alış-verişi davam etdirməyi təklif edən sevgilisi ilə mübahisədən sonra kişi intihar edib.

38 yaşlı Tao Syao rəfiqəsi ilə birlikdə Şərqi Çinin Tszyansu əyalətində, Syuyçjoudakı ticarət mərkəzində alış-veriş edirmiş.

Beş saatlıq alış-verişdən sonra Tyao yorulub və evə getməyi tələb edib, çünki onlar artıq apara biləcəklərindən artıq mal alıblarmış. Lakin qız alış-verişi davam etdirmək üçün ayaqqabıya endirimin olduğu başqa mağazaya getməyi təklif edib.

Tao bu hərəkəti mənasız adlandırıb və cavabında qız ona qəzəblənərək, kişini xəsis olmaqda, Milad bayramını korlamaqda ittiham edib.

Qızğın mübahisədən sonra Tao bütün çantaları əlindən buraxaraq və ticarət mərkəzinin eyvanından yerə atılıb.

Qəza xidmətləri hadisə yerinə gəlsələr də, Tao artıq ölübmüş.