Teleaparıcı Elgiz Əkbər: "Ata, ana, oğlu evdə dalaşanda bir-birinin üzünə tüpürürmüşlər"

11 Dekabr 2013 16:22 (UTC+04:00)
"Adam içində" verlişinin aparıcısı Elgiz Əkbər dünənki xoşagəlməz olay barədə açıqlama verib. Mövqe.az-la fikirlərini bölüşən teleaparıcı bildirib:


 " Adam içində" verlişinə müraciət edən bir şəxsin problemini həll etdik. O, da bildirdi ki, çoxsağol demək istəyir. Reklamlardan sonra mən mikrafonu ona uzatdım. Bu şəxs başladı köhnə söhbətləri təzədən yeniləməyə, hətta nəlayiq sözlər də işlətdi. Mən də narazıçılığmı bildirdim, vaxt məhdudiyyətini xatırlatdım, bir insana bu qədər vaxt ayıra bilmərik dedim. Qazaxdan mədəniyyət idarəsinin müdiri,  xanım zəng edib, bizə bildirdi ki, o kişi yalan danışır və onun qardaşı qızı, həmin kişinin gəlini suçsuzdur. Hətta həmin xanım bildirdi ki, ata, ana, oğlu evdə dalaşanda bir-birinin üzlərinə tüpürürlər. Bu sözü deyəndə mən "vay, vay, vay" dedim, şoka düşdüm. Həmin kişi sözümü təkrarlayaraq "vay-vay" edərək, zalın ortasına kimi gəldi. Üstümə hücum etdilər. Mən yenə də onları bağışladım. Söhbəti sakitləşdirməyə çalışsam da, bu kişi qalxdı, papkasının ağzını açdı və içindən meyvə suyu çıxarıb, içdi. Canlı yayımda hər kəsi təəccübləndirən kişi yenə də sakitləşmədi. Və əlindəki boşqabı tamaşaçıların ayaqları altına tulladı. Mən mühafizəçiləri çağırdım. Mənim üstümə heç nə atmadı, amma ki, etdiyi tərbiyəsizlik tamaşaçılara hörmətsizlik idi".