“Tinnitus”un yeni müalicəsi tapılıb

29 May 2012 16:57 (UTC+04:00)

Movqe.az "ScienceDaily"ə istinadən bildirir ki, Mastriçt, Leuven, Bristol və Kembricdə fəaliyyət göstərən tədqiqatçılar "Tinnitus"(qulaq cingiltisi) xəstəliyinin yeni müalicə üsullarını müəyyən edib. Bu xəstəlik qulağa xaricdən səs daxil olmadan qulağın daxilində yaranan səslərdən yaranır.Əhalinin təxminən 15%-i bu xəstəliyin yaratdığı müxtəlif problemlərdən-yuxu pozğunluğu, depresiya, yorğunluq kimi hallardan əziyyət çəkir. Tədqiqatları aparan Riliana Kima və onun komandası patientlərə psixoloji koqnitiv(təfəkkür) terapiya tətbiq etməklə onların gündəlik fəaliyyətlərini bərpa edə bilib.Tədqiqatlar 12 ay müddətində tinitusdan əziyyət çəkən 492 patient arasında aparılıb.Terapiyanın məqsədi relaksiya məşqləri vasitəsilə tinitusu yaradan neqativ düşüncələri və duyğuları azaltmaqdan ibarət olub.