İphone 5s ilə əlaqədar şikayətlər getdikcə artır! İphone 5s ilə əlaqədar şikayətlər uçqun kimi böyüyür!

11 Dekabr 2013 17:24 (UTC+04:00)
iPhone 5s bazara hələ iki aydır çıxıb ama Apple pərəstişkarlarının böyük həyəcanla gözlədiyi barmaq izi sensoru haqqında şikayətlər , Texnologiya dünyasının əhəmiyyətli blog yazıçısı Dr Drangın da dediyi kimi getdikcə artmağa başlayıb. İnternetdəki şərhlərdə , barmaq izi sensoru Touch ID-in , barmaq izini qeyd etdikdən sonra üç- dörd gün düzgün çalışdığı , sonra barmaq izini oxumaqda problem yaşadığını , telefonu açmaq üçün barmağı dəfələrlə toxundurmaq lazım olduğuna dair şikayətlərin sayı artmağa başlayıb. Hələ çox böyük sayda istifadəçinin şikayət etdiyi bir problem olmasa da , getdikcə artan istifadəçilər bu problemi deməkdən çəkinmir. istifadəçilərin həlli yolu olaraq , barmaq izi qeydlərini 3-4 gündə bir dəyişdirdikləri aydın olur. Problemin nədən qaynaqlandığı hələlik bilinmir. Lakin şikayətlər bu sürətlə böyüməyə davam etsə Applenin Touch ID dizaynını nəzərdən keçirmək məcburiyyətində qalacağı təxmin edilir.