2013-cü ilin adamı seçildi

11 Dekabr 2013 17:18 (UTC+04:00)

Amerikanın Time jurnalının versiyasına görə, Roma Papası I Fransisk "2013-cü ilin adamı" seçilib. Milli.Az xəbər verir ki, bu barədə Time jurnalının Twitter hesabında məlumat verilib.


İlin adamı adına 10 nəfər iddialı idi. Bunlar ABŞ prezidenti Barak Obama, Suriya prezidenti Bəşər Əsəd, Amazon onlayn-dükanının banisi Ceff Bezos, Texas ştatından olan senator Ted Kruz, müğənni Mayli Sayrus, Roma Papası 1-ci Fransisk, Misir Silahlı Qüvvələrinin baş komandanı Əbdüllətif Sisi, İran prezidenti Həsən Ruhani, ABŞ-ın səhiyyə naziri Ketlin Sebelius, ABŞ kəşfiyyatını faş edən Edvard Snouden və cinsi azlıqların hüquqları uğrunda mübarizə aparan Edit Uinsdor idi.